10 Mart 2017 20:17
1 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hörmətli dostlar, yadınızdadırsa, dünən mən bir yazını sizinlə bölüşmüşdüm. Həmin yazıda Rusiya xarici işlər nazirinin milliyyətindən danışılırdı. Şərhlərdən görə bilərsiniz ki, bu məsələ indi də davam edən çox gərgin mübahisələrə səbəb olub. Bu barədə gəldiyim ilkin nəticələr sizinlə bölüşmək istəyirəm”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Feysbuk hesabında paylaşıb.

Daha sonar diplomat gəldiyi ilkin nəticələri açıqlayıb: "Ermənistan və Azərbaycan ictimaiyyətinin rəyi - Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasına təsir edən ən mühüm amildir.

İkincisi, Azərbaycan ictimaiyyəti Rusiyanın xarici işlər naziri Lavrovun vasitəçiliyini qeyri-obyektiv, birtərəfli, etnik cəhətdən şərtləndirilmiş və ermənipərəst fəaliyyət kimi qəbul edir. Maraqların münaqişəsi açıq-aşkardır.

Üçüncüsü, Sergey Lavrov cənablarının şəxsi marağı olmayan bitərəf vasitəçi kimi qəbul edilməməsi Rusiyanın bir ölkə kimi vasitəçi rolunun qəbul edilməməsi demək deyil. Biz yenə də hesab edirik ki, erməni-Azərbaycan münaqişəsinin nizama salınmasına həlledici təsir göstərmək üçün Rusiyanın bütün imkanları vardır

Dördüncüsü, Rusiyanın xarici işlər nazirinin hansı millətdən olması onun suveren haqqıdır və biz buna hörmətlə yanaşırıq; eyni zamanda bildiririk ki, öz hərəkətləri (fəaliyyəti) ilə Azərbaycan ictimaiyyəti arasında etibarını itirmiş, erməni millətindən olan vasitəçinin gəbul edib-etməməyə suveren haqqımız vardır.

Beşinci, yuxarıdakıları nəzərə alaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bu rəyi əks etdirən petisiya göndərilməsi üçün kütləvi və ictimai kampaniya keçirilməsi və bunun nəticəsi olaraq Rusiya tərəfinə müraciətlə nizamlanma prosesini ləngidən maneənin aradan qaldırılmasının tələb edilməsi düzgün olardı.

Altıncı, Rusiya tərəfi Azərbaycan ictimaiyyətinin rəyinə hörmətlə yanaşaraq, vasitəçilik missiyasını həyata keçirmək üçün Rusiyanın hazırki Xarici İşlər Nazirinin təsiri altında olmayan, Azərbaycan üçün son dərəcə incə bir məsələdə maraqlar münaqişəsi yaratmayacaq başqa bir vəzifəli şəxsi təyin edə bilər”.

Cavad


Müəllif:

Oxşar xəbərlər