"Türkiyə vətəndaşları aprelin 16-da konstitusiya referendumunda iştirak edən zaman seçki məntəqələrinə nə üçün getdiklərini anlamalıdırlar".
Teleqraf.com Report-a istinadən məlumatına görə, bunu Antalyada seçicilərlə görüşdə Türkiyə prezidenti Rəcəb Tayıb Ərdoğan deyib.
O qeyd edib ki, dünyanın aparıcı 20 ölkəsinin əksəriyyətində prezident və ya yarı-prezident idarəetmə sistemi mövcuddur: "Bu sistem Türkiyəni daha da inkişaf etdirəcək".
R.T.Ərdoğan çıxışında həmçinin referendumda konstitusiya dəyişikliklərinə "yox" deyən müxalif Cümhuriyyet Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun fikirlərinə də münasibət bildirib: "Yeni dəyişikliklərə əsasən, Türkiyənin gəncləri də parlamentə seçilmək hüququnu qazanacaqlar. Mustafa Kəmal Atatürk dövləti gənclərə əmanət edib. İndi də, Kılıçdaroğlunun bu dəyişikliklərə qarşı çıxması Atatürkün ideologiyasına zidd deyilmi?!".
Türkiyə prezidenti deyib ki, dəyişiklilərə Kandildə, İmralıda, Pensilvaniyada olanlar "yox" deyirlər: "Mən isə tək dövlət, tək bayraq, tək millət deyirəm".