Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə teleqram ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, teleqram Kremlin rəsmi saytında yerləşdirilib.
Teleqramda Putin İlham Əliyevi Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin 25 illiyi münasibəti ilə təbrik edib: "Bu 25 il ərzində biz Rusiya və Azərbaycan xalqları arasındaki ənənəvi dostluq və qarşılıqlı hörmətə bağlı əlaqələri qoruyub saxlamağa və inkişaf etdirməyə nail olmuşuq".
Rusiyalı lider qeyd edib ki, məzmunlu siyasi dialoq sayəsində fəal əməkdaşlıq qurulub: "Bakı və Moskva gündəliyin aktual regional və qlobal məsələlərinin həllində səylərini əlaqələndirirlər".
Vladimir Putin Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında strateji əməkdaşlıq səylərinin gələcəkdə də aktiv olacağına inandığını bildirib. O, azərbaycanlı həmkarına can sağlığı və uğurlar, Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzulayıb.
Samir