Müsavat partiyasının başqanı Arif Hacılı Azərbaycanda İrana dəstək verənlərin sayının artdığı ilə bağlı narahatlığını bölüşüb və istiqlal tərəfdarlarına çağırış edib.
Teleqraf.com xəbər verir ki, Arif Hacılının fikrincə, bəsit maraqlar naminə susqunluq, güzəşt, gizli dəstək bu cür davam etsə, Azərbaycanın müstəqilliyinə belə şübhə ilə yanaşan, ölkəmizə ərazi iddiası irəli sürən, Ermənistana hərbi, siyasi, humanitar yardım verən, 30 milyon soydaşımızı əsarətdə saxlayan bu rejim əleyhinə söz demək, yazı yazmaq da çətinləşəcək: "Artıq çətinləşib. İstiqlal və cümhuriyyət tərəfdarları bunu nəzərə alaraq daha birmənalı, daha prinsipial mövqe nümayiş etdirməlidir".
Kəmalə