Teleqraf.com xəbər verir ki, hadisə Hindistanın Bihar əyalətində baş verib. Polis məmuru Manu Maharaj bildirib ki, əyalətdə spirt satışı və istehsalına qadağa qoyulması səbəbindən polis 900 min litrdən çox qablaşdırılmış içki müsadirə edib. Lakin bir müddətdən sonra müəyyən edilib ki, müsadirə edilən içki şüşələrinin çoxu boşdur.
Manu Maharaj dediyinə görə, içkilərin saxlanıldığı polis bölməsində fəaliyyət göstərən məmurlar içkiləri siçanların içdiyini yeyib. Bununla əlaqədar artıq istintaq başlayıb. İdarədə çalışan polislər xüsusi testdən keçiriləcək. Əgər onlar spirt testindən keçə bilməsələr və müəyyən edilsə ki, daima içki qəbul ediblər, bu halda onlar işlərini itirməli olacaq.
Xatırladaq ki, Bihar əyalətinin baş naziri Nitiş Kumar 2016-cı ildə hakimiyyətə gəlib. O, əyalətdə ailədaxili zorakılıq və yoxsulluğun aradan qaldırılması üçün içkini qadağan edib.
Əyalət qanunlarına uyğun olaraq spirt satdığı və ya istehlak etdiyi müəyyən edilən şəxsə 10 ilə qədər həbs cəzası veriləcək.
Cavad