16 May 2017 15:35
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Volqoqrad şəhərində yerləşən yaşayış binalarından birində partlayış baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qaz sızmasının səbəb olduğu partlayış nəticəsində binanın girişi tamamilə dağılıb.

Hadisə zamanı 7 nəfərin xəsarət aldığı bildirilib. Onlardan ikisi xəstəxanaya çatdırılarkən dünyasını dəyişib. Məlumatlara görə, olay baş verən anda 16 mənzilin yerləşdiyi blokda 14 nəfər olub.

Samir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər