Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu haqda Çelikin vəkili Murad Üstündağ məlumat verib.
Qərara əsasən, Çəlik qanunsuz silah gəzdirmə maddəsi üzrə təqsirli bilinərək, 5 il müddətinə azadlıqdan məhrum edilib.
Vəkil əlavə edib ki, rus pilotu Oleq Peşkovun öldürülməsi məsələsinin araşdırılması isə davam edir.
Qeyd edək ki, Alparslan Çelik məhbusun qaçmasına yardım etməkdə, qanunsuz silah saxlamaqda və dələduzluqda ittiham edilərək, 2017-ci ilin iyunun 8-də həbs olunub.