31 May 2017 19:12
1 494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyada uşaq təcavüzündə ittiham olunaraq həbs edilmiş və barələrində məhkəmə hökmü çıxarılmış şəxslərə pasport verilməyəcək.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin ədliyyə naziri Maykl Kin müvafiq qanun layihəsini parlamentə təqdim edib.

Layihənin məqsədi Avstraliyada uşaqlara təcavüz etmiş şəxslərin çirkin əməllərini xaricdə davam etdirməsinin qarşısını almaqdır.

Avstraliyanın xarici işlər naziri Culi Bişop qeyd edib ki, bu günə qədər heç bir ölkə xaricdə müdafiəsiz uşaqların cinsi istismardan qorumaq üçün belə bir addım atmayıb: "Ötən il Avstraliyada uşaqlara cinsi təcavüz etdiyi təsdiqlənmiş 800 nəfər uşaqların hüquqularının zəif qorunduğu ölkələrə səyahət edib.


Müəllif: Ruslan Xəlil

Oxşar xəbərlər