Teleqraf.com xəbər verir ki, bu barədə Kolumbiya ordusunun rəsmisi açıqlama verib.
Qaçırılanlardan biri 62 yaşlı tele-reportyor olan Derk İohannes Bolt, digəri isə 58 yaşlı foto-reportyor Yevgenio Ernest Mariyedir. Onlar Kolumbiya ilə Venesuela sərhədində iş başında qaçırılıblar.
Kolumbiya ordusunun rəsmliləri bildiriblər ki, jurnalistləri Milli Azadlıq Ordusu silahlı qruplaşmasının qaçırdığı dəqiqləşib.
İndiyə kimi Milli Azadlıq Ordusu silahlı qruplaşması 2000-ə yaxın xarici və kolumbiyalı qaçırılıb. Onların əksəriyyəti neft sahəsində çalışan işçilərdir. Adam oğurluqları pul və siyasi məqsədlər üçün həyata keçirilir.
Milli Azadlıq Ordusu Kolumbiyada ikinci ən böyük qiyamçı qrup hesab olunur. Onlar 50 ilə yaxındır silahlı mübarizə aparırlar.