3 İyul 2017 10:45
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində batmış o biri şəxsin də meyiti tapılıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, 1991-ci il təvəllüdlü Şahlar Ramiz oğlu Mamayevin cəsədi saat 09:27-də Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Qeyd edək ki, ötən gün üç polis əməkdaşı öz peşə bayramlarını qeyd etmək üçün Kürdə çimən zaman su axını onları aparıb. Polis əməkdaşlarından 1-i xilas edilib, 2 polis əməkdaşı isə suda boğulub.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər