Teleqraf.com-un xəbərinə görə, oyundan əvvəl Bakı klubunun məşqçi ilə müsahibə zamanı “CBC Sport”un xanım şərhçisi Səmra Əliyeva yüngül zədələnib. Belə ki, canlı yayım zamanı top onun üzünə dəyib.
Bununla belə, S.Əliyevə özünü itirməyib və əsl jurnalist peşəkarlığı nümayiş etdirərək söhbəti yarımçıq saxlamayıb və yayıma davam edib.
Sonradan o, Feysbuk hesabında yazıb: “Gözümdə bir az ağrı var. Ümumilikdə hər şey yaxşıdır”.