7 İyul 2017 09:04
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda kafedə kütləvi dava olub.

Report-un xəbərinə görə hadisə Yasamal rayonunda qeydə alınıb.

Əbdülrəhimbəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində yerləşən kafedə müştərilərlə kafe sahibi arasında yaranan mübahisə sonradan davaya çevrilib. Belə ki, kafe sahibi Taleh Həsənov 4 müştəri ilə əlbəyaxa dava edib. Hadisə zamanı iki nəfər xəsarət alıb.

Dava zamanı kafedəki stol-stul, qab-qacaq da sındırılıb. Hadisə barədə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə məlumat verilib. Polis bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib və 3 nəfər saxlanılaraq polis bölməsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər