12 İyul 2017 10:57
1 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə aeroport yolunda qeydə alınıb.

Belə ki, "Land Rover" markalı avtomobil yol arakəsmələrini təmizləyən Azəravtoyolservis ASC-yə məxsus "KamAZ" markalı su maşınına çırpılıb. Hadisə nəticəsində avtomobil deformasiyaya uğrayıb və sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları cəlb edilib. FHN əməkdaşları deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü nəqliyyat vasitəsindən çıxarıblar.

Report-un məlumatına görə, sürücü Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) Texniki Təminat Şöbəsinin rəisi, 31 yaşlı polis kapitanı Cabir Firdovsi oğlu Hüseynovdur. O, qəza zamanı ağır xəsarət alıb. Yaralı ilk 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bundan sonra xəsarət alan sürücü Cabir Hüseynov 3 saylı Kliniki Tibbi Mərkəzdən "Təcili yardım" maşını vasitəsi ilə Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüb.

Hazırda yaralının müalicəsi davam etdirilir.

Qeyd edək ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) Texniki Təminat Şöbəsinin rəisi, polis kapitanı Hüseynov Cabir Firdovsi oğlu DİN-in Baş Kadrlar İdarəsinin rəisi general-mayor Rafiq Abbasovun bacısı oğludur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər