Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qərara əsasən, Dadayev 20 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, o, 100 min rubl (2800 AZN) məbləğində cərimə ödəməli olacaq. Hakim Dadayevi leytenant rütbəsindən və Cəsarət ordenindən də məhrum edib:
"Qatili hadisə yerindən uzaqlaşdıran Anzor Qubaşevi 19, onun qardaşını 16, Nemtsovu izləyən Tamerlan Əskərxanovu 14, Həmzət Baxayevi 11 il müddətinə həbs cəzası verilib".
Qeyd edək ki, Nemtsov 2015-ci ilin fevralın 28-də Moskvada öldürülüb.