21 İyul 2014 12:19
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran qazı Ermənistan və Gürcüstan, oradan isə Rusiya vasitəsilə Avropa İttifaqına birbaşa ötürülsə, Azərbaycan təhlükə altında qalacaq”.


Alınan məlumata görə, bu açıqlama ilə ermənipərəst rus politoloqu Stanislav Tarasov çıxış edib.

O bu layihənin reallaşacağı təqdirdə Gürcüstanın aktivliyinin daha da artacağını bildirib:

“Xəzər və Mərkəzi Asiya qazının Azərbaycan üzərindən ötürülməsi Qarabağ konflikti sayəsində çətinləşir. Əgər İran qazı Ermənistan və Gürcüstan, oradan da Rusiya vasitəsilə Avropa İttifaqına birbaşa ötürülsə, Azərbaycan təhlükə altında qalacaq. Gürcüstan Azərbaycan və İran qazının ötürülməsində mühüm rol oynayan ölkə olacaq ki, bu da Bakının ürəyincə olmayacaq. Belə ki, onun qarşısında seçim olmayacaq. Ya bu vəziyyətlə barışacaq, ya da Tiflislə münasibətləri qırıb Türkiyənin enerji bazarına çıxmaqdan imtina edəcək. Diqqət çəkən məqam ondan ibarətdir ki, Gürcüstan müxtəlif hərəkətləri ilə İran qazını ötürməkdə maraqlı olduğunu göstərir. O, məhz bunun vasitəsilə Bakıdan olan enerji asılılığını azaltmağa çalışır. Bəzi yerlərdə hətta informasiyalar da yayılır ki, Tiflis Tehranla bununla bağlı qeyri-rəsmi danışıqlar aparır”.

/axar.az/


Müəllif:

Oxşar xəbərlər