24 İyul 2017 10:40
913

Ermənistanın Artaşat şəhərində partlayış baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə qazdoldurma məntəqəsində meydana gəlib.

Partlayış nəticəsində azı 2 nəfər xəsarət alıb. Məlumatlara görə, hadisə “Vaz-2106” markalı avtomobilin qaz balonunun partlaması nəticəsində baş verib.

Hadisə ilə bağlı araşdırmalar aparılır.


Müəllif: Samir