Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda tikintisi başa çatmamış çoxmərtəbəli yaşayış binasının qarşısında 100 m2 sahədə taxta tullantıları və 1-ci mərtəbədə 5 ədəd plastik pəncərə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.