Report xəbər verir ki, hadisə Bakı dairəvi yolunun Lökbatan qəsəbəsi ərazisinə düşən hissəsində baş verib.
Belə ki, Tağıyev Şakir Zülfi oğlu idarə etdiyi BMW markalı avtomobillə yolu keçən iki velosipedçini vurub.
Arxada hərəkətdə olan KİA markalı avtomobildə BMW-yə çırpılıb.
Hadisə nəticəsində 24 yaşlı Rəhimova soyadlı qız isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, digər velosipedçi, federasiyanın keçmiş idmançısı, Azərbaycan yığma komandasının sabiq üzvü Akif Abdullayev isə hadisə yerində ölüb.
Allah rəhmət eləsin!