Bakı şəhərində ana və uşaq doğuş zamanı ölüb.
APA-nın məlumatına görə, hadisə 3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Zeynəb Sabir qızı Əligülova körpəsi ilə birgə doğuş zamanı dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
***
Ana və körpəsinin ölüm səbəbi barədə məlumat Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasına təqdim edilməyib.
Bunu Teleqraf.com-a açıqlamasında Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova deyib.
Onun sözlərinə görə, 24 saat ərzində məlumat Komissiya təqdim edilməlidir: “Ana və uşaq ölümü dünən gecə 3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində baş verib. Hələ ki, bizə ana və uşağım ölümünün səbəbləri barədə məlumat təqdim edilməyib”.
Sevinc Məmmədova qeyd edib ki, hadisə barədə araşdırma aparılır.