9 Avqust 2017 23:58
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polislər vəziyyəti ağır olan hamilə qadını xəstəxanaya çatdırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ramil Vəliyev adlı şəxs Musavat.com-a məlumat verib.

O, bildirib ki, hamilə həyat yoldaşını Tovuz Rayon Xəstəxanasından Gəncə şəhərinə göndəriblər. Yolda ananın vəziyyəti pisləşib və Şəmkir rayon YPX əməkdaşları ananı Gəncə şəhərinə, xəstəxanaya çatdırıblar.

Qız övladının dünyaya gəldiyini bildirən Ramil Vəliyev qeyd edib ki, polis əməkdaşları yardım etməsə, nə ana, nə də övladının həyatını xilas etmək mümkün olacaqdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər