16 Avqust 2017 10:07
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə kütləvi dava olub.

APA-nın məlumatına görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunda fəaliyyət göstərən kafelərdən birində qeydə alınıb. Bir neçə nəfərin iştirakı ilə baş verən davada iki nəfər rayon sakini, 1986-cı il təvəllüdlü Toğrul Vəliyev və 1980-ci il təvəllüdlü İntiqam Rəhimov bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı hüquq mühafizə-orqanları tərəfindən araşdırma aparılır.


Müəllif: Teleqraf.com