16 Avqust 2017 13:44
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya lideri Bəşər Əsədin əmri ilə ordu birliklərini yoxlamağa gedən ölkə silahlı qüvvələrinin baş qərargah rəisi, general Əli Abdullah Eyyubun strateji planları nəzərdən keçirdiyi xəritədə Türkiyənin Hatay bölgəsi Suriya sərhədləri daxilində göstərilib.

Teleqraf.com xəbər verir ki, Türkiyə mediası bunu Suriya lideri B.Əsəd tərəfindən Türkiyəyə qarşı provokasiya kimi qiymətləndirib. Belə ki, həmin görüntülər Suriyanın rəsmi SANA xəbər agentliyində yayımlanıb.

Xəritədə əyalət kimi göstərilən Hatayın muxtar bölgəyə çevrildiyi də bəlli olur. Bölgədə önəmli məkəz olan İskəndərun da Suriya sərhədləri daxilində göstərilir.

Qeyd olunur ki, Suriyada daha əvvəllər də 1939-cu ildə keçirilən referendumla Türkiyəyə qatılan Hatayı öz sərhədləri daxilində göstərən xəritələr yayımlanırdı. Dövlət kanallarında meteoroloji xəritələrdə belə Hatay Suriyaya aid olaraq göstərilirdi. 1938-ci ildə qurulan Hatay dövlətinin başçısı Tayfur Sökmənin oğlu və TBMM sədrinin keçmiş köməkçisi Murad Sökmənoğlu vəfatından bir müddət öncə verdiyi açıqlamada Suriyadakı rejimin illərdir bitməyən bir Hatay xəyalının olduğunu bildirib:

“Hər il iyulun 23-də biz Hatayın Ana Vətənə (Türkiyəyə) qatılmasını qeyd edirik, onlar Hatayı Suriya torpaqlarına qatacaqları xəyallarını canlandırırlar. Bu gün Suriyadakı dövlət qurumlarında asılmış xəritələrdə belə Hatay hələ də Suriya daxilində göstərilir. Bu xəyalları 1939-cu ildən bəri davam edir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər