18 Avqust 2017 11:58
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Barselonada 13 nəfərin ölümü ilə nəticələnən terror aktı zamanı 18 ölkənin vətəndaşı xəsarət alıb.

Teleqraf.com “Frans-Press” agentliyinə istinadla xəbər verir ki, zərərçəkənlərin Fransa, Almaniya, İspaniya, Niderland, Argentina, Venesuela, Belçika, Avstraliya, Macarıstan, Peru, Şimali İrlandiya, Yunanıstan, Kuba, Makedoniya, Çin, İtaliya, Rumıniya və Əlcəzairdən olduğu bildirilir. Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, həlak olan və yaralananlar arasında bu vaxta qədər Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb.

Son məlumatlara görə, xəsarət alanların sayı 119 nəfərə çatıb.

Qeyd edək ki, ötən gün Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxs yük maşınını insanların üzərinə sürüb, nəticədə 13 nəfər ölüb. Terror aktını törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb. İŞİD terror qruplaşması Barselonada törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər