ABŞ Silahlı Qüvvələrinə məxsus vertolyot Yəmən sahillərində qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
Vertolyot təlim uçuşu zamanı qəzaya düşüb. Beş hərbçi xilasedicilər tərəfindən qurtarılıb. Daha bir hərbçinin axtarışları davam etdirilir.
ABŞ Silahlı Qüvvələri son illər Yəməndə “Əl-Qaidə”yə qarşı əməliyyatlar həyata keçirir.