28 Avqust 2017 01:12
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda 22 yaşlı qız itkin düşüb.

Teleqraf.com-un Xezerxeber.az-a istinadən məlumatına görə, atası ilə birgə Sumqayıt şəhərinin 15-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada yaşayan Əfsanə Əsədovadan 5 gündür xəbər yoxdur.

Anası Əfsanəni bələkdə olarkən atasına verib və evi tərk edib. O gündən Səfər Əsədov qızına həm ata, həm də ana olub.

Fəhləliklə böyütdüyü qızı isə 5 gündür atasının gözünü yolda qoyub.

Əlacsız qalan ata aidiyyatı qurumlardan kömək istəyir. Övladının tez bir zamanda tapılması üçün o hər gün müraciət etdiyi Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsi ilə maraqlandığını deyir. Lakin hələ ki, heç bir müsbət cavab ala bilmir. Qızın yoxa çıxması qonşuları da narahat edir.

Məsələ ilə bağlı Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsi ilə əlaqə saxlanılıb.

Bölmədən məlumat veriblər ki, 22 yaşlı Ə.Əsədovanın tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər