Ötən gecə Çinin cənubunu növbəti güclü “Mavr” tropik qasırğası vurub.
Sürəti saniyədə 20 metrə çatan küləklə müşayiət olunan “Mavr” qasırğası Quandun əyalətinin Şanvey şəhərinə yerli vaxtla saat 21.30-da çatıb.
Çin Mülki Administrasiya Nazirliyi qasırğa ilə əlaqədar təcili hazırlıq vəziyyətinə gətirilib. Quandun və Fuzyan əyalətlərində mülki administrasiyalar sutkalıq iş rejiminə keçib.
Qeyd edək ki, Makao, Honkonq və Çinin digər cənub rayonları son iki həftə ərzində böyük iqtisadi itkilərə və insan tələfatına səbəb olan güclü “Xato” və “Pakxar” qasırğalarına məruz qalıb.
\APA\