14 Sentyabr 2017 22:34
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çerkizov” bazarının keçmiş sahibi, biznesmen Telman İsmayılovun 12 obyektində aparılan axtarışlar başa çatıb.

Teleqraf.com “İnterfaks”a istinadla xəbər verir ki, məlumatlı mənbə axtarışların sahibkarlar Vladimir Savkinin və Yuri Brilyovun qətli ilə bağlı cinayət işinin araşdırılması ilə bağlı olduğunu deyib.

Məlumata görə, istintaq hərəkətləri faktiki olaraq başa çatıb və artıq protokollar tərtib edilib. Telman İsmayılova qarşı hələlik heç bir iddia irəli sürülməyib. Axtarışların onun həbsdə olan qardaşı Rafiq İsmayılovun işi çərçivəsində aparıldığı bildirilir. Lakin agentlik hüquq-mühafizə orqanlarının nümayəndələrindən bu informasiyanı təsdiq edə bilmədiyini qeyd edib.


Müəllif: Kəmalə

Oxşar xəbərlər