20 Sentyabr 2017 12:08
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali İraq Kürd Muxtariyyətinin ərazisində Türkiyə xüsusi xidmətinin iki əməkdaşı qaçırılıb.

Teleqraf.com xəbər verir ki, Türkiyə Milli İstihbarat Təşkilatının iki əməkdaşının hansı şəkildə qaçırılması bəlli deyil. Bir neçə gün öncə bu haqda xəbər yayılsa da, rəsmi təsdiqini tapmamışdı.

Ancaq Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Nyu Yorkda “Al-Monitor”a verdiyi müsahibə zamanı ölkənin xüsusi xidmətinin iki əməkdaşının qaçırıldığını təsdiq edib:

“PKK yerli rəhbərlikləri, dinc sakinləri, həkimləri, polisləri, hər kəsi qaçırır. Bu, terror təşkilatıdır. Türkiyənin müvafiq strukturları qaçırılan bütün vətəndaşlarımızı almaq üçün işləyir. Ancaq Türkiyə bu mövzuda PKK ilə hər hansı əlaqələr qurmur”.


Müəllif: Cavad

Oxşar xəbərlər