22 Sentyabr 2017 10:58
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

09.21 23:28

Türkiyənin Atatürk Hava Limanında insident baş verib.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, hava limanında uçuş zolağından çıxan özəl təyyarə yanmağa başlayıb.

Hadisə yerində hazırda yanğınsöndürənlər işləyir.

***

00:13

İstanbulun Atatürk hava limanında baş verən qəza nəticəsində dörd nəfər xəsarət alıb.

Teleqraf.com-un xəbərinə görə, xəsarət alanların üçü ekipaj üzvüdür, biri isə sərnişindir.

Qeyd edək ki, təyyarə eniş edərkən qəzaya uğrayıb.

***

Türkiyənin Atatürk Hava Limanında dünən gecə saatlarında baş vermiş təyyarə qəzası ilə bağlı istintaq başlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Türkiyə polisi məlumat yayıb.

Bildirilib ki, eniş zamanı təyyarədə nasazlıq yaranıb: “Eniş zolağından çıxan təyyarə iki hissəyə bölünüb və yanğın başlayıb”.

Bu arada, sosial mediada qəzanın miqyasını özündə əks etdirən görüntülər yayımlanıb.

Həmin görüntüləri təqdim edirik:


Müəllif: Nahid, Samir