21 Sentyabr 2017 17:17
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atalığından hamilə qalan 12 yaşlı ananın uşağı dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib. O, qeyd edib ki, buna səbəb 6 aylıq uşağın inkişafdan qalmasıdır:

“12 yaşında qızın orqanizmi ana olmağa hazır deyil. Böyrəyində olan fəsad öz nəticəsini verdi. Uşaq öldü. Amma həkimlər ona uşağın ölümünü deməyib”. Kəmalə Ağazadə 12 yaşlı qızın vəziyyətinin yaxşı olduğunu deyib.

Atalığından hamilə olan qızın sentyabrın 16-da halı pisləşdiyindən Uşaq Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna gətirilmişdi. Hamilə qız orada əməliyyat olunaraq 6 aylıq hamiləliyinə son verilib.

Qeyd edək ki, Balakən rayonunda 12 yaşlı uşaq atalığından hamilə qalıb. Qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq onu hamilə qoyan Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər