Səudiyyə Ərəbistanı kralı Salman bin Abdul Əziz əl-Suad qadın hüquqları ilə bağlı yeni fərman imzalayıb.
Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, yeni fərmanla qadınlara sürücülük hüququ verilib.
"Kralın fərmanı: yol hərəkəti xidməti qadınlara krallıqda maşın idarə etməyə icazə verir", - Səudiyyə Ərəbistanı XİN-in Tvitterdə yaydığı xəbərdə bildirilir.