7 Noyabr 2017 15:10
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Antalyada azərbaycanlı iş adamı Telman İsmayılovun 74 min kvadrat metr ərazidə yerləşən mülkü hərraca çıxarılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 2009-cu ildə 1,4 milyard dollar başa gələn və 2010-cu ildə dünyanın ən lüks oteli seçilən “Mardan Palas”nin hərraca çıxarılmasına səbəb sahibinin 51 milyon lirə (22,6 milyon AZN) borcu olmasıdır.

Məlumatlara görə, otel 37 525 000 lirəyə (16,5 milyon AZN) satışa çıxarılıb.

Hərraca heç bir müştəri qatılmadığı üçün otel satılmayıb.

Növbəti hərrac noyabrın 14-də baş tutacaq.


Müəllif: Samir

Oxşar xəbərlər