Quba rayonunda bir neçə gün əvvəl itkin düşən ruhi xəstə tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Möhüc kənd sakini, 37 yaşlı ruhi xəstəlikdən əziyyət çəkən Qəni Almasov noyabrın 18-də Quba rayon Mərkəzi Rayon Xəstəxanasının Poliklinika şöbəsinə gəlib, oradan çıxdıqdan sonra isə evə qeri qayıtmayıb.
Ailəsi onun tapılması üçün Quba rayon polis şöbəsinə müraciət edib.
Həmin şəxs səhər saatlarında şəhər ərazisində tapılaraq ailəsinə təhvil verilib.