19 Dekabr 2017 09:52
1 145

Bakı-Sumqayıt yolunda kafedə yanğın başlayıb.

Teleqraf.com-un məlumatına görə, hadisə Abşeron rayonunun Saray qəsəbəsi ərazisində kafe kimi fəaliyyət göstərən ikimərtəbəli binada baş verib.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb. Bildirilir ki, Sumqayıt şəhərində "Pəhləvanlar" kafesində baş verən yanğın nəticəsində ölən və xəsarət alan olmayıb. Hadisə yerinə FHN-in bir neçə yanğınsöndürən briqadası cəlb edilib.

Axar.az-ın məlumatına görə, yanğın ərazisində bir nəfərin qaldığı barədə iddia var. Qeyd olunur ki, gecə klubunun həyətindəki "Kamaro" markalı maşın da yanıb.

Əlavə məlumat veriləcək.


Müəllif: Teleqraf.com