20 Dekabr 2017 01:23
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropoliteni QSC-nin törəmə müəssisələri ləğv edilib, tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan yeni təşkilatlar yaradılıb.

Bu, Nazirlər Kabinetinin Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərarında etdiyi dəyişikliklərdə əksini tapıb.

Hazırda Bakı Metropoliteni QSC-nin strukturu Bakı Metropoliteni QSC-nin aparatı, Bakı Metropoliteni QSC-nin törəmə müəssisələri olan 1, 2 və 3 saylı Tunel Tikinti idarələri, Xüsusi Tamamlama İşlər İdarəsi, Xüsusi Hidrotexniki İşlər İdarəsi, Dəmir Beton Konstruksiyalar Zavodu, Mexanikləşdirmə İdarəsi, Avtonəqliyyat Müəssisəsi, “Bakımetrolayihə” İnstitutu, Hərbiləşdirilmiş dağ-mədən xilasetmə dəstəsi, İstehsalat Texniki Komplektləşdirmə İdarəsi və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar olan Hərəkət Xidməti, Yol Xidməti, Tunel Qurğuları Xidməti, Elektrik Təchizatı Xidməti, İşarəvermə və Rabitə Xidməti, Elektromexanika Xidməti, Əsaslı Təmir Xidməti, Depolar üzrə iş Departamenti, Birləşmiş emalatxanalar, Avtomotonəqliyyat Xidməti və Bakı Metropoliteni QSC-nin Sağlamlıq Mərkəzindən ibarətdir.

Dəyişikliyə əsasən Bakı Metropoliteni QSC-nin strukturu Bakı Metropoliteni QSC-nin Aparatı, Bakı Metropoliteni QSC-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar olan Hərəkət Xidməti, Yol Xidməti, Tunel Qurğuları Xidməti, Elektrik Təchizatı Xidməti, İşarəvermə və Rabitə Xidməti, Elektromexanika Xidməti, Əsaslı Təmir Xidməti, Depolar üzrə İş Departamenti, Birləşmiş emalatxanalar, Diaqnostika və Metroloji Təminat Mərkəzi, Eskalator Xidməti, Nəqliyyat və Xüsusi Texnika Departamenti, Tikinti Departamenti, Perspektiv İnkişaf və Əsaslı Tikintiyə Nəzarət Departamenti, Mühafizə və Yanğın Təhlükəsizliyi Xidməti, Yaşıllaşdırma və Vaqonların Təmizlik Təsərrüfatı Xidməti, İnformasiya və Kommunikasiya Texnologiyaları Xidməti, “Bakı Metropoliteni” QSC-nin Sağlamlıq Mərkəzi və Vaqonların Əsaslı Təmir Xidmətindən ibarət olacaq.

Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Maliyyə Bazarlarına Nəzarət Palatasıvə Bakı Metropoliteni QSC-yə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb./APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər