25 Dekabr 2017 10:24
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın cənubundakı Hilmənd əyalətində daha bir partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, insident Mərca rayonunda olub.

Partlayış nəticəsində 6 polis əməkdaşı ölüb, 6 nəfər yaralanıb. Partlayışın təfərrüatları barədə məlumat verilməyib. Hələlik regionda fəaliyyət göstərən heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Qeyd edək ki, "Taliban" terror təşkilatı böyük şəhərlərə qarşı hücuma keçib. Ölkənin ərazisində İŞİD terror qrupunun da təsiri artıb.

Xatırladaq ki, dünən Hilmənd əyalətində törədilən partlayış nəticəsində 7 dinc sakin həlak olmuş, 3 nəfər yaralanmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər