25 Dekabr 2017 11:25
1 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:32

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Qubanın İqrık kəndi ərazisində “Mersedes” markalı minik maçını və mikroavtobus toqquşub.

Hadisə nəticəsində bir nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Xəsarət alanlar Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./APA/

***

Qubanın İqrık kəndi ərazisində “Mersedes” markalı minik maşını və mikroavtobus toqquşması nəticəsində yaralananların və ölənin şəxsiyyəti məlum olub.

Quba Mərkəzi Rayon Xəstəxanasından Teleqraf.com-a verilən məlumata görə, Qusar rayon sakini 1960-cı il təvəllüdlü Betərov Vaqif Abbas oğlu, Qusar rayon Nəcəf kənd sakini 1947-ci il təvəllüdlü Əlimuradova İradə Canalı qızı, Bakı şəkər Yasamal rayon sakini 1996-cı il təvəllüdlü Hacıyev Hüseyn Müxtar oğlu, Samux rayon sakini 1988-ci il təvəllüdlü İsmayılov Vüqar Naməddin oğlu ağır bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Qəzada ölən isə Quba rayon sakini Bubatov Şövkət Əhməd oğludur.


Müəllif: Şəfiqə Nazimqızı