Rusiya Federasiyasının Tatarıstan Respublikasında avtobus qəzası baş verib.
Teleqraf.com-un məlumatına görə, Kazanda baş verən hadisə zamanı sərnişin avtobusu məscidə çırpılıb.
Qəza zamanı ölən və ya xəsarət alanlarla bağlı məlumat yoxdur.
Qeyd edək ki, bu gün günorta saatlarında Moskvada sərnişin avtobusu yeraltı piyada keçidinə yuvarlanıb.
Hadisə nəticəsində 5 nəfər həlak olub, 15 nəfər yaralanıb.