27 Dekabr 2017 10:32
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Anjela Məmmədovanın vəziyyəti kafidir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildiriblər.

Məlumatda qeyd edilib ki, Anjela Məmmədovan hazırda reanimasiya şöbəsindədir və vəziyyəti kafidir.

Bərdə rayonu Əliyanlı kənd sakini 1987-ci il təvəllüdlü Sevindik Şəmşir oğlu Məmmədov həyat yoldaşı 1987-ci il təvəllüdlü Anjela Məmmədovanı yataq otağında bıçaqlayaraq onu öldürməyə cəhd edib. İlkin məlumatlara görə, S.Məmmədova qısqanclıq zəminində A.Məmmədovanı qətlə yetirmək istəyib. Bir neçə bıçaq yarası alan qadın yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

S.Məmmədov hadisəni törədəndən sonra könüllü şəkildə polisə təslim olub.

Qeyd edək ki, S.Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin Patrul Xidmətinin 8-ci tağımının inspektorudur.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər