Dünən Moskvada “Menşevik” fabrikində silahlı insident törədərək, qaçmağa nail olan şəxs saxlanılıb.
Teleqraf.com Ria Novosti-yə istinadla xəbər verir ki, bununla bağlı Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, İlya Averyanov Moskvada saxlanılıb. Onun barəsində cinayət işi başlanıb.
Qeyd edək ki, müəssisənin keçmiş direktoru İlya Averyanov dünən fabrikə gəlib və borcunu tələb edib. Bu zaman Averyanov ilə müəssisənin hazırkı rəhbərliyi arasında mübahisə yaranıb və eks-direktor üzərindəki silahdan qarşı tərəfə atəş açıb.
Hadisə zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.