Azərbaycan Premyer Liqasında çıxış edən “Səbail” klubu bəyanat yayıb.
Teleqraf.com xəbər verir ki, klubun Feysbuk hesabında yerləşdirilən bəyanatda deyilir:
“İlqar adlı bir şəxs (soyadını bilmirik) bir neçə orta məktəbdə özünü “Səbail” FK-nın əməkdaşı kimi təqdim etməklə guya klubun nəzdində fəaliyyət göstərən ödənişli qruplarda uşaqların məşq keçməsinə vasitəçi olacağını bildirir, onlardan maddi vəsait əldə etməyə çalışır, bunun müqabilində uşaqların "Səbail” klubuna cəlb olunmasına yardım edəcəyini deyir.
"Səbail” FK olaraq bəyan edirik ki, klubumuzda heç bir ÖDƏNİŞLİ qrup fəaliyyət göstərmir və klubumuzun heç bir əməkdaşına hər hansı təhsil müəssisəsində yuxarıda qeyd olunmuş işlərin həyata keçirilməsi barədə tapşırıq verilməyib.
"Səbail” Futbol Klubunun adından istifadə edən fırıldaqçılara aldanmayın! Bu cür halla rastlaşacağınız təqdirdə əlaqə nömrəsi ilə bizə məlumat verməyinizi xahiş edirik: +994 55 255 02 11”.