16 Yanvar 2018 12:15
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdədə azyaşlının ölümü ilə nəticələnən yanğında xəsarət alan ana xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yanvarın 15-də, saat 08.00 radələrində Bərdə rayonunun Güloğlular kəndində rayon sakini Xəyyam Novruzovun evində yanğın baş verib. Yanğın söndürüldükdən sonra X.Novruzovun nəvəsi, 5 yaşlı Rüqayənin yanmış meyiti tapılıb, xəstəxanaya yerləşdirilən gəlini Zümrüd Novruzova isə orada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər