Venesuelanın paytaxtı Karakasda helikopter vasitəsilə hökumət binalarına hücum edən sabiq polis əməkdaşı Oskar Perez öldürülüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Venesuela Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis 6 aydır axtarışda olan Perez və onunla birlikdə olan 5 silahlı şəxsin zərərsizləşdirilməsi üçün əməliyyat həyata keçirib. Əməliyyat zamanı 2 nəfər öldürülüb, 4 nəfər yaralı halda ələ keçib.
Perez ölməmişdən öncə son görüntülərini sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, Perez son 6 ayda Ali Məhkəmə və Daxili İşlər Nazirliyinin binasına hücum edib.