Türkiyə polisi Antalyada 58 nəfərdən ibarət qrupu yaxalayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, onların turistlərə intim xidmətlər göstərdikləri bildirilib.
Saxlanılanlardan 23-ü xidmətdə istifadə edilən qadınlar, 35-i isə onları bu işə vadar edən şəxslərdir.
Fahişəliyə cəlb edilən qadınlar arasında Türkiyə, Özbəkistan, Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları olub.