27 Yanvar 2018 20:28
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyanın Haaqa şəhərində Azərbaycan-Türkiyə Mədəniyyət Dərnəyinə hücum edilib.

Teleqraf.com xəbər verir ki, ötən gecə 2:30 radələrində baş verib. Dörd nəfər maskalı naməlum şəxs binaya hücum edərək, onun ön və arxa pəncərələrini sındırıblar.

Dərnəyin sədri İlham Aşkının sözlərinə görə, naməlum şəxslər hadisə yerindən qaçıblar. O qeyd edib ki, hadisə ilə bağlı araşdırmalar aparılır.

“Hücumun kim tərəfindən törədildiyi önəmli deyil, onlar türk millətinin hüzurunu poza bilməz. Biz öz fəaliyyətimizi davam etdirəcəyik”, deyə Aşkı bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər