Dünən Rusiyada qəzaya uğrayan sərnişin təyyarəsinin ikinci qara qutusu da tapılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Fövqəladə Hallar Nazirliyi operativ qərargahının nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, hazırda qara qutu araşdırılır.
Qeyd edək ki, qəza zamanı təyyarədə olan 71 nəfərin hamısı həlak olub. Hadisənin səbəbləri məlum deyil.