6 Mart 2018 14:39
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Sumqayıt şəhərində binaların birinin zirzəmisində dəm qazından boğularaq ölən ailənin əvvəllər Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” massivində, bina 30-da yaşadığına dair məlumat vermişdik.

Orada ailəni tanıyan qonşulardan bir neçəsinin Publika.az-a verdiyi məlumata görə, ailəni yaşadıqları ərazidəki evlərindən qonşular qovub:

“O ailə burda bir neçə il yaşayıb. Kişi özü sakit, qabiliyyətli adam olub. Ailəsi haqqında eyni sözləri demək olmur. Qızını burda yaşayan bir oğlana ərə vermişdi. Oğlanın da heç kimi olmayıb, bir yaşlı qadın onu böyüdüb. Onlar evlənəndən sonra arvadı istəmədilər deyə, aparıb qoydular qocalar evinə. Elə orada da dünyasını dəyişdi. Qəribə xasiyyətləri vardı, hara gedib, haradan gəlirdilər, heç kim bilmirdi. Evlərinə girib-çıxan çox olurdu. Qız özü ali təhsilli olub. Azərbaycan Dillər Universitetini bitirmişdi, amma deyəsən işləmirdi. Anası da burada "JEK"-də mühasib işləyirdi. Atası usta idi, yazıq gecə-gündüz işləyirdi. Hər ailədə söz-söhbət olur, amma onlar daha tez-tez mübahisə edirdilər. Səs-küydən qonşular da bezmişdi. Sonra eşitdik ki, ailənin külli miqdarda borcu olub. Bu səbəbdən əvvəlki evlərini də satıb burda ev alıblar”.

Adının açıqlanmasını istəməyən sakin bizə bildirdi ki, qızı yoldaşı ilə yola gedə bilməyib və boşanıb:

“Qız həyat yoldaşı ilə uyğunlaşa bilmirdi. Ona görə də ayrılmışdılar. Ünsiyyətcil ailə olmayıblar. Binada heç kim onlarla mehriban olmayıb. Hər dəfə bir cür narahatlıq yaranırdı. Biz neçə dəfə onlarla danışmağa çalışdıq, qonşuluq şəraitində söz-söhbət olmasın deyə, amma alınmadı. Qonşular hamısı narazılıq etdilər ki, o ailə binadan köçüb getsin. Onlar da evlərinin açarını qonşuya verib getdilər. Daha hara getdilər bilmirik. Sonra bu xəbəri eşitdik, adları açıqlananda tanıdıq ki, həmin ailədi. O körpələrə yazığımız gəldi”.

Digər sakin isə bildirdi ki, ailə üzvülərinin cansız bədənlərinin tapıldığı zirzəmi kirayə deyilmiş:

“Onlar Sumqayıtdakı evdə kirayə qalmırdılar. Təxminən 8 min manat civarında pulla binanın zirzəmisini almışdılar. Problemləri çox olduğu üçün demək olar ki, yaxın qohum-əqraba, dost-tanış onlardan üz döndərmişdi. Bəzilərinə də özləri məlumat vermirdilər. Bu hadisəyə görə çox təəssüf edirik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər