13 Mart 2018 18:13
2 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya polisi 208 milyon rubl (6,2 milyon AZN) oğurlayan məktəb direktoru Konstantin Petrovu yaxalayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Daxili İşlər Nazirliyinin nümayəndəsi, polkovnik Yuri Titov məlumat verib.

Onun sözlərinə görə, həmin şəxs 2011-ci ildən axtarışda olub: “O, vəzifə səlahiyyətlərini aşma maddəsi ilə ittiham olunur. Petrovun 7 il ərzində qohumunun evində gizləndiyi məlum olub. Həmin şəxsin evində axtarış zamanı Petrov şkafın içində aşkar edilib və polis bölməsinə gətirilib”.


Müəllif: Samir

Oxşar xəbərlər