13 Mart 2018 21:05
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda avtomobilin yanması böyük tıxac yaradıb.

Bakı Nəqliyyat Agentliyindən Teleqraf.com-a verilən xəbərə görə, Heydər Əliyev prospektinin Bakı Olimpiya Stadionu tərəfdən keçən hissəsində (hava limanı istiqamətində) nəqliyyat vasitəsində yanğın baş verib. Bu səbəbdən də metronun "Koroğlu" stansiyasından havalimanına gedən istiqamətdə yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. ​


Müəllif: Teleqraf.com