Fələstin lideri Mahmud Abbas bu gün Qəzza zolağında baş verən ağır faciəvi olaylarla bağlı martın 31-ni ümummilli matəm günü elan edib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Fələstinin “Vafa” agentliyi xəbər verib.
Qeyd edək ki, Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, yüzlərlə insan xəsarət alıb.
Bu gün Qəzza zolağında ənənəvi Torpaq gününü qeyd edən minlərlə fələstinli qaçqınların doğma torpaqlarına qaytarılması tələbi ilə kütləvi aksiyalar keçiriblər.